“Vaşinqton Tehrana qarşı yeni kəskin iqtisadi sanksiyalar tətbiq edir”.
Azpost.info bildirir ki, bu barədə Tramp bu gün canlı efirlə Amerika xalqına müraciətində bəyan edib.
“Bu sanksiyalar İran öz yanaşmasını dəyişməyincə qüvvədə qalacaq”
ABŞ Prezidenti deyib ki, İran tərəfindən atılan raket zərbələrindən ABŞ vətəndaşları heç bir xəsarət almayıb. Bazaya isə minimal ziyan dəyib: “Heç amerikalı hucum nəticəsində xəsarət almayıb. Şəxsi heyət arasında itki yoxdur. Bütün hərbiçilərimiz təhlükəsizlikdədir. Nə amerikalılar, nə də iraqlılar arasında öldürülənlər yoxdur”.
Tramp qeyd edib ki, bu əvvəlcədən xəbərdaretmə sisteminin yaxşı işləməsi nəticəsində olub.