“Heç bir ölkə Vaşinqtonun etibarsızlığına şübhə etməməlidir”- Rusiya XİN başçısı

“Bu addımdan sonra heç bir ölkə Vaşinqtonun etibarsızlığına şübhə etməməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən “Hökumət saatı”nda çıxışı zamanı ABŞ-ın “Şimal axını – 2” və “Türk axını” qaz boru kəmərlərinə qarşı sanksiyaların tətbiq olunmasını şərh edərkən deyib.

“Yaxın müttəfiqlərini öz iqtisadi problemlərinin həllinə və enerji təhlükəsizliyini təmin etdiklərinə görə cəzalandırırlarsa, bundan sonra heç bir ölkə şübhə etməməlidir ki, ABŞ ona nəsə söz verib, hər an yarı yolda qoya bilər”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi “Şimal axını – 2” və “Türk axını” qaz kəmərlərinə qarşı sanksiyaların qüvvəyə minməsi ilə bağlı məlumat yayıb. Vaşinqton qaz kəmərini çəkən kompaniyalardan kəmərin inşasının dayandırılmasını tələb edib. “Şimal axını-2” qaz kəmərini inşa edən “Allseas” artıq işi dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölkə ərazisində koksaki virusuna yoluxma halı yoxdur”

Sonrakı məqalə

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilib