Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır

01 Mart 2021 - 11:41

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını “Report”a təsdiqləyib: “Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.