Heydər Əliyev Fondu Əməkdar artist Pərviz Bağırovun müalicəsini nəzarətə götürüb

12 Mart 2021 - 10:57

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.

Bu barədə APA-ya Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”.