Heydər Əliyev prospektində qəzada 3 nəfər xəsarət alıb –

YENİLƏNİB (FOTO)
29 Mart 2021 - 18:18

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. 2 nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

**

Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.