Heydər Əliyev prospektində qəzada 3 nəfər xəsarət alıb –YENİLƏNİB (FOTO)

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. 2 nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

**

Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarlara 2,6 milyard manat güzəştli kredit verilib –

Sonrakı məqalə

“Azəriqaz”ın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb