Heykəltəraş, rektor Ömər Eldarov ölkədə seçki keçiriləcəyindən xəbərsizdir:“Birinci dəfədir eşidirəm...”

 Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Böyük əksəriyyət artıq öz namizədini, səs verəcəyi şəxsi müəyyənləşdirib.

Bəs, tanınmışlar kimə səs verəcək? Onlar seçəcəyi namizədi müəyyənləşdiribmi?

Azpost.info bildirir ki, modern.az bu sualla tanınmış simalara müraciət edib:

Xalq artisti, xanəndə Alim Qasımov seçkilərdə iştirak etmədiyini deyir: “Kimə səs verəcəyim barədə düşünməmişəm. Ümumiyyətlə seçkilərdə, səsvermə prosesində iştirak etmirəm”.

Xalq artisti, rəssam heykəltəraş Ömər Eldarov isə ümumiyyətlə parlament seçkilərinin keçirilməsindən xəbərdar deyil: “Birinci dəfədir eşidirəm ki, bu il parlament seçkiləri keçiriləcək.Kimə səs verəcəyimi də bu səbəbdən dolayı fikirləşməmişəm. İndi səhhətim qaydasında deyil, sağalım, seçkilər haqqında düşünəcəm”.

Xalq şairi Fikrət Qoca səsvermədə iştirak etməyəcəyini bildirib: “Artıq yaşım o yaş deyil ki, kiməsə səs verim. Namizədlər barədə elə bir düşüncəm də yoxdur. Hamının fəaliyyəti iş başında bilinir, namizədlər də müəyyən işlər görsünlər ki, seçim etmək mümkün olsun”.

Rəqqasə Fatimə Fətəliyeva güclü olan qazansın deyir: “Kimə səs verəcəyimi hələ ki, bilmirəm. Amma kim layiqlidirsə, onun da deputat seçilməyini istəyirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda xəstəxana var, həkim yoxdur –

Sonrakı məqalə

Bakı və Moskva arasında protokol imzalanıb