Hicran Hüseynova:“Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”

“Qadınlar bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova deyib ki, dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir: “Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin ən böyük hərbi gəmisi 2020-ci ildə istifadəyə veriləcək

Sonrakı məqalə

“Azərbaycanda analıq məzuniyyəti almalı olan qadınların 16 faizi hüququndan istifadə edir”