HİKMƏT HACIYEV ABŞ PREZİDENTİNİN KÖMƏKÇİSİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.

Prezidentin köməkçisi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, – deyə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Əvvəlki məqalə

Boris Consona etimad səsverməsi başlayıb

Sonrakı məqalə

Baş nazir Consona etimadla bağlı səsvermənin nəticəsi məlum olub