Hikmət Hacıyev Makronun müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib.

“İkitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər haqqında fikir mübadiləsi apardıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.