Hillari Klinton prezident seçkisində iştirakını istisna etməyib

13 Noyabr 2019 - 12:15
FILE - In this file photo dated Wednesday, Oct. 30, 2019, former U.S. Secretary of State Hillary Clinton speaks at Georgetown Law's second annual Ruth Bader Ginsburg Lecture, in Washington. Clinton told the BBC on Tuesday Nov. 12, 2019, that she's “dumbfounded” the U.K. government has failed to release a report on Russian influence in British politics as the country prepares for national elections on Dec 12. (AP Photo/Jacquelyn Martin, FILE)

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə prezident seçkilərinə qatılacağını istisna etməyib.

Azpost.info  BBC-yə istinadən bildirir ki, Klinton radioya müsahibəsində namizəd olmağı hələ planlaşdırmadığını deyib, amma eyni zamanda hadisələrin gedişində bunun istisna etmədiyini vurğulanıb.

“Heç vaxt “heç vaxt” demə” deyirəm”-deyən Klinton qeyd edib ki,  ətrafı ona 2020-ci ildəki seçki marafonuna qatılmaq üçün təzyiq edirlər.

“Amma hazırda bu mənim planıma daxil deyil” –  deyə sabiq dövlət katibi vurğulayıb.

ABŞ-da 59-cu prezident seçkisi 3 noyabr 2020-ci ildə keçiriləcək. Partiya fəallarının ilk iclası 2020-ci ilin fevralında Ayova ştatında başlayacaq. Demokrat Partiyasının namizəd irəli sürüləcək iclası 13-16 iyul tarixlərində Viskonsin ştatında baş  tutacaq. Respublikaçılar isə qurultaylarını Şimali Karolina ştatında 24-27 avqustda  keçirəcəklər.

Azpost.info