Hindistanda fabrikdə yanğın olub –

43 nəfər ölüb
08 Dekabr 2019 - 09:58

Hindistanın paytaxtı Dehlidə fabrikdə yanğın baş verib.

Trend-in “ANİ” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 43 nəfər həlak olub. Bildirilir ki, hadisə yerinə gələn yanğınsöndürmə xidmətləri yanğını söndürüblər.

Yanğının səbəbi hələki məlum deyil.