Hindistanda terror aktı törədilib, ölən və xəsarət alanlar var

virus hindistan

 

Hindistanın şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

 

Məlumata görə, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb. “Yaralılardan daha bir nəfərin – gənc qadının vəziyyəti ağırdır”.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir