Hindistanın Qoa ştatından Moskvaya uçan “Azur Air” hava yollarına məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.
“Qoadan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş istəyib. Eniş yerli vaxtla saat 11: 05-də uğurla başa çatıb. Səbəb texniki məsələdir. Əldə etdiyimiz məlumata görə, sərnişinlər üçün başqa bir təyyarə göndəriləcək”, – deyə Hava Limanının mətbuat xidməti bildirib.
Hazırda sərnişinlərin hava limanının binasında olduğu qeyd olunub.