“Rusiya buraxılış sistemlərini Qərbin uzaqmənzilli raketləri ilə məhv etməyi təklif edən ölkələr risklə üzləşirlər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Bu ölkələr nüvə silahının qarşısının alınması sahəsində Rusiyanın dövlət siyasətinin əsaslarının 19-cu bəndinin icrasına məruz qalmaq riski ilə üzləşirlər. Bu, Rusiyanın nüvə silahından istifadə etməsi üçün əsasdır”, – Medvedev deyib.
Onun sözlərinə görə, bu, özünümüdafiə hüququ deyil, belə bir dövlətə qarşı nüvə silahından istifadə etmək üçün birbaşa və aşkar əsasdır: “Avropada Hitlerin Kiyevdə nasistləri dəstəkləyən bütün varisləri bunu yadda saxlamalıdırlar”.
Qeyd edək ki, Estoniya prezidenti Alar Karis ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə razılıq verdiyini bildirib. O, aydınlaşdırıb ki, söhbət Kiyevin Qərbdən aldığı silahlardan istifadə etməklə endirilə biləcək zərbələrdən gedir.
Azpost.info