Avstriya hakimiyyəti Braunau şəhərində nasist lideri Adolf Hitlerin doğulduğu evdə yenidənqurma üzrə planlarını açıqlayıb.
Bu barədə BBC bildirib. Qeyd edilir ki, evdə polis bölməsi fəaliyyət göstərəcək.
Yerli hökumət bu qərarı neonasistlərə binada öz yığıncaqlarını təşkilinə mane olmaq ümidi ilə qəbul edib. Evin fasadını kosmetik təmir gözləyir, bununla yanaşı, binanın dam örtüyü də dəyişəcək. Yenidənqurma işlərinin 2023-cü ilə qədər başa çatacağı gözlənilir. Təmir-bərpa işlərinin 5,6 milyon avroya başa gələcəyi bildirilir.
Hitler 1889-cu ilin 20 aprelində bu binanın mənzillərindən birində doğulub, ancaq orada cəmi bir neçə həftə yaşayıb. Buna onun ailəsinin başqa yerə köçməsi səbəb olub.