Hitlerlə vuruşmuş 103 yaşlı müharibə əlilinə avtomobil verildi –Astaralı veterana açarlar təqdim olunub (FOTO)

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi 103 yaşlı Astara rayon sakininə avtomobil verib.

Bu barədə Azpost.info-ya Astaradan məlumat veriblər.

Böyük Vətən Müharibəsi iştirakçısı, əlil Əli Məmmədhüseyn oğlu Əzizov uzun müddət nazirliklə apardığı yazışmalardan sonra maşınla təmin edilib. 2019-cu il sentyabrın 11-də Əli kişi avtomobilin açarları təqdim edilib.

Qanuna görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Gənclər Fonduna 4 milyon manat ayırdı –

Sonrakı məqalə

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İranda səfərdədir