Hollandiyadan Azərbaycana könüllü qayıtmış şəxslərə avtomobillər bağışlanıb –FOTO

BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlığa namizədliyini geri götürənlərin sayı 293 nəfərə çatdı –

Sonrakı məqalə

Keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib