“Horadiz dəmir yolunun açılması üçün razılaşmaya çox yaxınıq” –

pasinyan

Bakı ilə İrəvan regionda dəmir yolları kommunikasiyalarının açılması barədə razılaşmaya çox yaxındır.

Bu barədə Ermənistan baş naziri Paşinyan hökumətin bu günkü iclasında deyib.

“Ermənistan tərəfi artıq Erasx (Arazdəyən)-Horadiz dəmir yolunun tikintisi ilə bağlı praktik məsələləri müzakirə edir”-deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu yaxınlarda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmiryolları İdarəsinin başçısı Oleq Belozerov İrəvana gəliblər: Biz üçtərəfli qrupun ilk nəticələrini elan etməyə yaxınıq”. 
Paşinyan bildirib ki, hazırda yollar üçün texniki binaların tikintisi, layihələndirilməsi və maliyyələşdirilməsi müzakirə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir