Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hulusi Kılıçdan Azərbaycana qarşı tənqidlərə sərt mesaj –

User 27 Sentyabr 2026 - 11:57 (Last updated: 27 Sentyabr 2026 - 11:58)
hulusi kilic

Türkiyənin Azərbaycanın sabiq səfiri Hulusi Kılıç Azərbaycana qarşı səsləndirilən tənqid və hücumlarla bağlı açıqlama verib.

Hulusi Kılıç “Can Azərbaycanımıza hücum edənlərə mesajım” başlığı ilə paylaşdığı açıqlamada Türkiyə və Azərbaycan xalqlarının münasibətlərinin mahiyyətindən danışıb.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları bir ailədir və bu baxımdan iki ölkə “bir millətdir”.

“Can Azərbaycanın qarşı haqsız, məsuliyyətsiz və şüursuz şəkildə edilən tənqid və hücumlar ailəmizə qarşı yönəlib. Bu haqsız, məsuliyyətsiz və şüursuz hücumlar bizi sevməyənləri sevindirir”, – sabiq səfir qeyd edib.

Kılıç Türkiyə-Azərbaycan münasibətlərinin uzun tarixi köklərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qardaşlıq Çanaqqala döyüşləri zamanı azərbaycanlıların türk əsgərləri ilə çiyin-çiyinə döyüşməsi və şəhid olması kimi tarixi hadisələrdən başlayır.

O, iki ölkə arasındakı münasibətlərin 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndiyini bildirib. Sabiq səfir qeyd edib ki, sənəd sonradan hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənib.

“Azərbaycan xarici siyasətini özü müəyyən edir”

Hulusi Kılıç Azərbaycanın suveren və müstəqil dövlət olduğunu xüsusi vurğulayıb.

“Azərbaycan suveren və müstəqil dövlətdir. Xarici siyasətini keçmişdə ölkələrlə həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi strateji əməkdaşlıq, hədəflər və maraqlar əsasında özü müəyyən edir”, – deyə o bildirib.

Sabiq səfir bununla bağlı heç kimin Azərbaycana müdaxilə etmək və fikir bildirmək hüququnun olmadığını söyləyib:

“Heç kimin buna qarışmağa və söz söyləməyə haqqı yoxdur.”

Qeyd edək ki, Hulusi Kılıç 2010–2014-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

AzPost.az

Post navigation

Previous: Lerikdə 3,2 maqnitudalı zəlzələ olub
Next: Ölkədə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Azərbaycanda aqrar sektorda vergi güzəştlərinin dəyişdirilməsi kiçik və ailə təsərrüfatlarının vəziyyətini çətinləşdirə bilər. Azpost.info-nun məlumatına görə, iqtisadçı-ekspert...
Read more about Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.