“Humanite”də Qarabağ davasını salan bədnam yazı  –35 il əvvəl Qorbaçovun müşaviri nə demişdi? TARİX  (FOTO)

1987-ci ildə Fransanın “Humanite” qəzetinin bu yazısı Qarabağ münaqişəsinin başlanması üçün bir siqnal olub.

16 noyabr 1987-ci ildə SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri  Aqanbekyan Parisdə “İnterkontinental” otelində Fransada yaşayan ermənilərlə görüş zamanı bildirib ki, Dağlıq Qarabağ Ermənistana qaytarılmalıdır. O deyib ki, bu barədə təklifi artıq SSRİ rəhbərliyi qarşısında qaldırıb və həyata keçəcəyinə ümid edir.

Onun açıqlaması fransız kommunistlərinin “Humanite” qəzetində dərc olunub. Bu qəzet isə o zaman SSRİ-də yayımlanırdı. Bundan sonra Azərbaycan Qarabağa dair ərazi iddialarından xəbər tutdu. 3 aydan sonra Ermənistanda və Dağlıq Qarabağda ermənilərin Azərbaycandan ayrılmaqla bağlı separat hərəkatı başladı.

1988-1994-cü illərin qanlı Qarabağ münaqişəsi 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

Abel Aqanbekyan Vətən Müharibəsindən sonra Azərbaycan mediasına verdiyi müsahibəsində bu barədə danışmaqdan imtina etmişdi.

“Mən heç nə xatırlamıram, heç xatırlamaq da istəmirəm. Mən ümumiyyətlə nə Ermənistan nə də sizə müsahibə vermirəm. Bununla maraqlanan siyasətçilərə zəng vurun. Mən iqtisadçıyam”-deyə cavab vermişdi.

Bu başabəla akademikin xatırlamaq istəmədiyi müsahibəsinin körüklədiyi  münaqişədə isə son 30 ildə 100 minə yaxın adam həlak oldu, milyonlarla insan, torpağını, ev-eşiyini itirdi.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət naziri UNESKO-nu alqışlayır və gözləyir

Sonrakı məqalə

Almaniya, Fransa və Polşa liderləri Kremlə xəbərdarlıq etdilər –