Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Gülalıyev Oktay Əligüşay oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl klinikaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, O.Gülalıyev hüquq müdafiəçisidir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya “çirkli pulları” xərcləyən məmurların hesabatını açıqladı –

Sonrakı məqalə

Rusiyanın müdafiə naziri Bakıya gəldi