Husi qiyamçıları Səudiyyənin neft terminalına dron və raketlə hücum edib

Ər-Riyadın atəşkəs və sülh danışıqları ilə bağlı təklifini qəbul etməyən Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının neft qurğularına PUA və raket hücumlarını davam etdirir.

Son sutka ərzində Səudiyyə Ərəbistanının mülki obyektlərinə, o cümlədən Cəvandakı neft terminalına bir neçə mərmi atılıb. Krallığın Enerji Nazirliyinin məlumatında bildirilir ki, terminaldakı neft çənində başlayan yanğın qısa müddətdə söndürülüb. Raket hücumları nəticəsində ölən və yaralanan yoxdur.

Krallığın rəsmiləri bildiriblər ki, bu hücumlar xam neft tədarükünü və qlobal enerji bazarında sabitliyi pozmaq məqsədi daşıyır. “PUA və raket hücumları körfəzdə neft daşımaları və Səudiyyə Ərəbistanının ərazi sularında ekoloji vəziyyət üçün ciddi təhlükə törədir”, – deyə Enerji Nazirliyinin sözçüsü SPA xəbər agentliyinə müsahibəsində bildirib. O əlavə edib ki, martın 25-də Yəmən ərazisindən mülki obyektlərə hücum edən 8 PUA zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik ərəb turistləri ilə bağlı daha bir açıqlama yaydı:

Sonrakı məqalə

Bakıda iki nəfər aktiv koronavirus xəstəsi küçədə saxlanılıb