Husilər Rusiya neft məhsulları daşıyan tankeri raketlə vurdu- “Bloomberg”

Yəmən husiləri Qırmızı dənizə doğru hərəkət edən “Marlin Luanda” tankerinə raket zərbəsi endirib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Zərbə nəticəsində tankerdə yanğın çıxıb.

Tanker Sinqapurun “Trafigura Group” şirkətinə məxsus olub və Rusiyadan plastik və benzin istehsalı üçün neft məhsulları daşıyıb.

Tanker Ədən körfəzindən keçərkən raketlə vurulub. Bu, husilərin neft tankerinə ən böyük hücumudur. Ekipaj yük anbarında baş verən yanğını söndürmək üçün texnika cəlb edib. Yardım üçün hadisə yerinə döyüş gəmiləri də göndərilib. Ölən və yaralananlar olmayıb.

Husilərin sözçüsü Yəhya Sariya “Marlin Luanda”ya hücumu təsdiqləyib. “Marine Traffic”in məlumatına görə, Marşal adaları bayraqlı tanker Yunanıstandan Sinqapura gedirmiş. O, fevralın 8-də təyinat yerinə çatmalı idi.

Rusiya nefti daşıyan gəmi ikinci dəfədir ki, husilər tərəfindən atəşə tutulur. İlk belə incident yanvarın 13-də baş vermiş, Panama bayrağı altında üzən tanker raketlə vurulmuşdi.

Azpost.info

 

Əvvəlki məqalə

ABŞ son 15 ildə ilk dəfə Britaniyada nüvə silahı yerləşdirəcək

Sonrakı məqalə

Qüdrət Həsənquliyev Naxçıvanda seçicilərlə görüşüb –