Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

İcbari avto-sığorta bazarının ən iri payçıları kimlərdir?

User 14 Dekabr 2025 - 15:30 (Last updated: 14 Dekabr 2025 - 14:58)
icabri-avto-sigorta-2-1068x711

iavtAzərbaycan sığorta şirkətlərinin icbari avto-sığorta üzrə biznes əməliyyatlarının 2025-ci ilin ilk üç rübü ilə 2024-cü ilin eyni dövrünü müqayisə etdikdə, ümumi yığım 126 milyon manatdan 134,7 milyon manata yüksəlmişdir ki, bu da təxminən 6,9% artımdır. Banker.az bunu Mərkəzi Bankın göstəricələrə istinadən xəbər verir.

Ödənişlər də eyni dövrdə 92,99 milyon manatdan 98,98 milyon manata qalxaraq 6,5% artıb.

Burada yığım sığorta şirkətlərinin icbari avto-sığorta üzrə topladığı sığorta haqlarını, ödənişlər isə həmin sığorta müqavilələri üzrə zərər hallarında ödədiyi kompensasiyaları göstərir. Yəni yığım şirkətin gəliri, ödənişlər isə müştərilərə xidmət xərcləridir.

Bazarın əsas payçısı “PAŞA Sığorta” ASC olub. 2025-ci ilin ilk üç rübündə şirkətin yığımı 60,12 milyon manat təşkil edərək ümumi bazarın təxminən 44,7%-ni təşkil edir. 2024-cü ilin eyni dövründə isə “PAŞA Sığorta” bazarın 44,4%-ni təşkil edirdi, yəni payı kiçik miqdarda artıb. İkinci sırada “Atəşgah Sığorta” ASC-dir ki, ümumi həcm 24,74 milyon manatdır. Üçüncü sırada “Azərbaycan Sənaye Sığorta” ASC-də isə yığımlar 14,23 milyon manatdır.

Sığorta yığımları ilə sığorta ödənişləri arasında “Qala Sığorta” ASC-dən başqa hər birində müsbətdir. “Qala Sığorta” ASC-də ödənişlər yığımları 802 min manat üstələyir ki, bu da bu biznesdə sığortaçı üçün zərərli olması deməkdir.

Qeyd edək ki, “Xalq Sığorta” ASC üçüncü rüb hesabatında icbari avto-sığorta üzrə biznes əməliyyatlarını ictimaiyyətə açıqlamayıb.

 

AzPost.az

Post navigation

Previous: Türkiyədə ana ölümləri tarixi minimuma enib
Next: Dubayda sürücüsüz taksilər sınaqdan keçirilib

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində,...
Read more about “Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.