İcbari tibbi sığorta haqlarını necə hesablamaq olar?- DETALLAR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, Agentlik tərəfindən bununla bağlı qurumun rəsmi saytında kalkulyator yerləşdirilib.

Belə ki, kalkulyatordan istifadə etməklə əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablamaq mümkündür.

Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda gözətçini döyə-döyə öldürən klinika sahibinin oğlu imiş

Sonrakı məqalə

Bakıda dostunun evində narkotik maddə qəbul edən kişi ölüb