İcra başçısının “çətir tutan”ı müzakirəyə çevrildi –

FOTO
20 Dekabr 2019 - 10:27
Azərbaycanda daha bir icra başçısı özünə “çətir tutan” işçi götürüb.
Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlə görüşə gedib. Belə ki, Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin işçisi onun başının üzərində çətir tutub. Fotoda göründüyü kimi, hava yağmursuz olub.
Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub. (unikal.org)