Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqovaya da şamil olunub. AzPost APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova 2021-ci il oktyabrın 29-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il 6 ay azadlıqdan mərhum edilib. O, məhkəmə zalında həbs olunub.

AzPost.az