İcra hakimiyyətlərində Vətən Müharibəsi iştirakçıları ilə əlaqədar yeni şöbə yaradılıb –FƏRMAN

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.

Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu”nda müvafiq dəyişiklik edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanla sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır” –

Sonrakı məqalə

“Öz torpaqlarına qayıdıb-qayıtmayacaqları ilə bağlı köçkünlər arasında sorğu keçirilməlidir” –