Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

İcraçı direktorun müavini: Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq COP31 üçün möhkəm zəmin yaradır

User 09 Sentyabr 2026 - 12:27

Enerji keçidi və iqlim maliyyələşdirilməsi COP31-in əsas prioritetləri sırasındadır.

Bunu COP31-in icraçı direktorunun müavini David Higgins BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib.

O, Azərbaycana təşəkkürünü bildirib, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın etimad, qarşılıqlı əməkdaşlıq və dostluq prinsipləri əsasında qurulduğunu vurğulayıb.

Qeyd olunub ki, bu tərəfdaşlıq COP31 üçün möhkəm zəmin yaradır.

Higgins COP31-in əsas məqsədlərindən birinin artıq qəbul edilmiş iqlim öhdəliklərinin icrasını təmin etmək və onların insanlar üçün konkret faydalara çevrilməsinə nail olmaq olduğunu vurğulayıb. Xüsusilə iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan əhali və icmaların ehtiyaclarına diqqətin artırılacağı qeyd edilib.

Bu çərçivədə Türkiyə ilə sıx əməkdaşlıq şəraitində qlobal enerji keçidini dəstəkləyən prioritetlər üzrə beynəlxalq konsensusun formalaşdırılması istiqamətində iş aparıldığı diqqətə çatdırılıb.

Sakit okean ada dövlətlərinin iqlim dəyişmələrinin təsirləri ilə bağlı ən ciddi problemlərlə üzləşən regionlardan biri olduğu qeyd olunub. “Dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri, ərzaq və su təhlükəsizliyinə təhdidlər bu ölkələr üçün ciddi və həyati risklər yaradır. Bu baxımdan Sakit okean regionunun prioritetləri COP31 gündəliyində xüsusi yer tutacaq”, – o əlavə edib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu təbrik edib
Next: Çinin Lyanyunqan limanı: Bakı Limanı Avropaya açılan mühüm qapıdır

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.