İdarədən Mərkəzi Kitabxananın bağlanma xəbərinəREAKSİYA

Bir neçə gündür ki, Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxananın bağlanması ilə bağlı mətbuatda xəbər yayılıb. Səbəb kimi isə binanın təmirsiz vəziyyətdə olması və maddi problemlərin olduğu göstərilib.

Modern.az məlumatın doğruluğunu yoxlamaq üçün Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb.

İdarənin mətbuat katibi Sevinc Bəhmənli məlumatı təkzib edərək belə halın olmadığını bildirib:

“Kitabxana əvvəlki qaydada fəaliyyət göstərir. Bağlanma ilə bağlı xəbər tamamilə yalandır, belə hal ola bilməz. Kitabxana həmişə fəaliyyət göstərib, göstərəcək də”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı

Sonrakı məqalə

Ailəsi Dilqəm və Şahbaza baş çəkəcək?