Hizbullahla əlaqəli Livan Müqavimət Briqadaları təşkilatının komandiri Maher Qassem Hamdan Livanın cənubunda zərərsizləşdirilib.
Bu bardə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, Hamdan silahlıların cəlb olunması, silah tədarükü və Livan Müqavimət Briqadalarının maliyyələşdirilməsinə cavabdeh olub.
Məlumatda, Sidon bölgəsinə qaçan 8 silahlının da zərərsizləşdirildiyi bildirilib.