“İdlibdən 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb” –Ərdoğan

“Suriyanın 4 milyonadək əhalisi olan İdlib bölgəsində hökumət qüvvələrinin hücumları ilə əlaqədar gərginliyin artması nəticəsində 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk – Alman Universitetinin açılış mərasiminə gələn Almaniya kansleri Angela Merkel ilə apardığı danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

“Sürətlə sığınacaqlar hazırlamaq üçün səfərbərlik elan etdik. Bizim sərhədə 30-40 kilometrlik məsafədə bunlar qurulacaq”, – dövlət başçısı qeyd edib.

Suriyanın şimalında keçirdikləri “Barış pınarı” əməliyyatına toxunan dövlət başçısı Tel Abyad və Rasulayn arasında 32 kilometr dərinliyində təhlükəsiz zolaqda sabitliyin təmin olunması üçün ABŞ, Rusiya və Qərb ölkələrinə əməkdaşlıq üçün müraciət etdiklərini, lakin müsbət cavab almadıqlarını diqqətə çatdırıb: “Təəssüf ki, istər ABŞ, istərsə də Rusiya ilə keçirdiyimiz danışıqlar terror təşkilatının bu bölgədən çıxarılmasına gətirib çıxarmadı. Bizim mübarizəmiz bu istiqamətdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı metrosunda həyəcan siqnalı işə düşüb-

Sonrakı məqalə

35 saylı Xətai üçüncü seçki dairəsinin sədri istefa verdi, qospitala aparıldı –