Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir. Milli.Az xəbər verir ki, ikinci oyun günündə öncə "Səbail" "Zirə"ni qəbul edib. Oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub. Bununla da "Səbail"in qalan turların nəticəsindən asılı olmayaraq elitanı tərk edəcəyi dəqiqləşib. Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. AzPost.az