Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

İdmançılarımız bu ay beynəlxalq yarışlarda 70-dək medal qazanıblar

User 01 Aprel 2023 - 12:36 (Last updated: 21 May 2025 - 20:15)
16803367053722724588_1200x630

Azərbaycan idmançıları martda beynəlxalq yarışlarda 70-dək medal qazanıblar. Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu.

Bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.

Nazir bildirib ki, 23 yaşadək gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu. Üç qızıl, bir gümüş və bir bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir. Sevindirici haldır ki, Paris Olimpiadasına ilk lisenziyamız da qazanıldı. Güllə atıcımız Ruslan Lunyov Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanmaqla Olimpiadaya vəsiqə əldə etdi.

“Ölkəmiz daha bir mötəbər yarışa – kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi etdi. Sözsüz ki, inkişaf birdən-birə olmur. Bunun üçün səbrlə və düzgün yanaşma ilə çalışmaq lazımdır. 2016-cı ildə 19 ölkənin iştirakı ilə başladığımız dünya kuboku yarışlarında bu dəfə – 2023-cü ildə rekord sayda – 48 ölkə təmsil olundu. Yeddi il ərzində hər il təşkil etdiyimiz yarış, ilbəil inkişafla müşayiət olunur. 2014-cü ildə qadın idman gimnastikası ölkəmizdə inkişaf etdirilməyə başlayıb. Burada çıxış edən ilk xanım idmançımız olan yerli kadr böyüklər arasında çıxış edib və finaladək yüksəlib. Fikrimcə, bu, artıq inkişafın bariz bir nümunəsidir.

Daha bir fəxr edəcəyimiz xəbər Azərbaycan Qış İdmanı Növləri Federasiyasından gəldi. Federasiyanın baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyası Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçildi. Azərbaycan mütəxəssislərinin beynəlxalq qurumlarda rəhbər vəzifələrə seçilməsi son vaxtlar mütəmadi hal alıb. Bu, idmanımızın beynəlxalq təmsilçilik baxımından daha bir uğurudur”, – deyə F.Qayıbov əlavə edib.

Nazir qeyd edib ki, nəhayət, işğaldan azad edilmiş ərazilərimizdə rəsmi olaraq cüdo bölməsi də fəaliyyətə başladı. Zəngilan rayonunun Ağalı kəndində açılan cüdo bölməsi Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gənc cüdoçuların xidmətinə verildi. İnanıram ki, Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məskənlərində də əhali məskunlaşdıqca onların sağlamlığı və idmanla məşğul olması üçün lazımi addımlar atılacaq(azərtac).

Post navigation

Previous: 12 partiya Lalə Şövkətin lider olduğu ALP-yə birləşir
Next: “1 aprel zarafatıdır…”

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində,...
Read more about “Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.