İKEA ölümünə səbəb olduğu uşağın ailəsinə təzminat ödəyəcək- 46 milyon dollar

İsveçin mebel nəhəngi IKEA ölümünə səbəb olduğu 2 yaşlı uşağın ailəsinə 46 milyon ABŞ dolları təzminat ödəyəcək. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə 2017-ci ildə ABŞ-da baş verib. Şirkətin istehsalı olan şifoner aşıb və uşaq onun altında qalaraq ölüb. Bundan sonra daha 2 uşaq eyni səbəbdən həyatını itirib və IKEA həmin mebeli geri çağırmağa qərar verib. Amma ölmüş uşaqlardan birinin ailəsi istehsalçını məhkəməyə verib və işdə qalib gəlib.

”Heç bir razılaşma faciəli hadisələrin nəticəsini aradan qaldıra bilməz. Ancaq bu məhkəmə işində razılığa gəldiyimizə görə şadıq”, – IKEA-nın sözçüsü bildirib.

Faciənin yaşandığı ailə təzminatın 1 milyon dollarını uşaqları təhlükəli məhsullardan qorumaq üçün fəaliyyət göstərən təşkilatlara bağışlayacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərişıq” ASC-yə yeni sədr təyin edildi

Sonrakı məqalə

Prezident İlham Əliyev “Azərişıq”-ın yeni sədrini qəbul etdi: