İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi

Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 

Sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur. Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Gəncə sakini Bakıda arvadını boğaraq öldürdu –