“İki yüksək vəzifəli məmur istefa verəcək, hamı təəccüblənəcək” –Astroloq Səbuhi Rəhimlidən 2022-ci ilin PROQNOZLARI

Şərq təqviminə görə “pələng ili” adlandırılan 2022-ci il Azərbaycana hansı yeniliklər, siyasi hadisələr vəd edir? Bu il kimlər vəzifəsindən azad ediləcək, Qarabağ bölgəsində yenidən müharibə başlayacaqmı, siyasi hadisələr necə cərayan edəcək?

Azpost.info bildirir ki, bununla bağlı Modern.az -ın suallarını cavablandıran tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli bildirib ki, 2022-ci il Azərbaycan hakimiyyətində ciddi struktur dəyişiliyi gözlənilir.

Onun sözlərinə görə, qismən azad mövqeyi olan mütəxəssislər müəyyən vəzifələrə təyin olunacaqlar: “Bu il yüksək rəsmi qurumlarda istefalar olacaq. 2020-ci ildə istefaların mərkəzində icra başçıları, 2021-ci ildə “poqon”luların olduğunu demişdim. 2022-də isə səhiyyə və təhsil sahəsində çalışan məmurların istefalarına, vəzifədən azad olunmalarına şahidlik edəcəyik”.

Astroloq adlarını açıqlamasa da, 2022-ci ildə iki böyük ranqlı məmurun istefa xəbərinin hər kəsi təəccübləndirəcəyini qeyd edib: “İnsanları ən çox narahat edən suallardan biri 2022-də Qarabağda müharibənin yenidən olub-olmayacağı ilə bağlıdır. Əminliklə deyə bilərəm ki, bu il Qarabağda müharibə olamayacaq, olsa belə, xırda anti-terror əməliyyatları həyata keçiriləcək.  Amma Naxçıvanı Azərbaycana birləşdirən Zəngəzur dəhlizinin açılacağını proqnozlaşdırıram”.

S.Rəhimli hər ilin özünəməxsus xarakterik təbii fəlakətləri olduğunu bildirib: “2022-ci il, “pələng il”ində daha çox təyyarə qəzaları və vulkanlar önə çıxacaq”.

Onun sözlərinə görə, fevral və noyabr aylarında olmasa, il ərzində ölkədə devalvasiya gözlənilmir: “Bundan əlavə, “Tərtər işi” ilə bağlı ilkin həbslər başlayacaq. Mənim üçün “Tərtər işi” 20 Yanvar, Xocalı faciəsindən sonra Azərbaycana dəyən ən böyük zərbələrdən biridir. O qədər ört-basdır edilib ki, insanlar işi tam anlamır.

Politoloqlar bildirirlər ki, 2022-ci ildə növbədənkənar seçki və ya referendum olacaq. Əksinə, 2022-də bunların heç biri olmayacaq”.

Astroloq 2 ildir dünyanı cənginə alan koronavirus pandemiyasının bu ilin ikinci yarısından etibarən tam olmasa da, qismən öz mahiyyətini itirməyə başlayacağını qeyd edib.

Bu il qonşu dövlətlərdə baş verəcək vacib siyasi proseslər haqqında danışan S.Rəhimli qeyd edib ki, Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqinə, etirazlarına məruz qalacaq: “Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azadlığa çıxacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq. Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi gözlənilmir. 2022-də hər kəsi narahat edən Rusiya-Ukrayna müharibəsi olamayacaq. Putin administrasiyası 2022-ci ildə yenidən iqtidarda təmsil olunacaq. İran və “Taliban” rejimi arasında gərginlik artsa da, müharibə həddinə çatmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pensiyaların minimum məbləği bu gündən 240 manata qədər artırılır

Sonrakı məqalə

Bakı-Qazax yolunda 40 maşın toqquşub –