İlahiyyatçı Hacı Zahir Mirzəvi naməlum şəxs tərəfindən bıçaqlandı

15 Mart 2021 - 19:16

İlahiyyatçı Hacı Zahir Mirzəvi bıçaqlanıb.

1985-ci il təvəllüdlü Hacı Zahir Mirzəvi kimi tanınan Mirzəli Hacızahir Gülbala oğlu dostları ilə birgə Nərimanov rayonu ərazisində olarkən  tanımadığı şəxs tərəfindən bıçaqla vurulub.

Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov rayonu 16-cı polis bölməsində araşdırma aparılır.