İLHAM ƏLİYEV AVRASİYA İTTİFAQININ SAMMİTİNƏ GEDƏCƏK –

Sankt - Peterburqda Qarabağ müzakirələri olacaqmı?
27 Noyabr 2019 - 00:35

Azərbyacan Prezidenti İlham Əliyev Avrasiya İttifaqının dekabrda keçirləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Azpost.info bildirir ki, dövlət başçısı bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı açıqlayıb: “Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq”-deyə İ.Əliyev vurğulayıb.

Xatırladaq ki, Putin MDB dövlət başçılarının oktyabrda Aşqabadda keçirilən sammiti zamanı onları Avrasiya İqtisadi İttifaqı üzvlərinin dekabr ayında keçiriləcək qeyri-formal görüşünə dəvət etmişdi:  “Biz  hər il dekabrın 20-də ənənəvi olaraq qeyri-rəsmi yığışırıq. MDB-nin bütün dövlət başçılarını bizə qoşulmağa dəvət edirəm. Yeni il qabağı səmimi, tamamilə dostluq mühitində cari məsələlər, yeni ildə görəcəyimiz  işlərlə bağlı fikir müdaliəsi aparaq, aktual beynəlxalq məsələləri  müzakirə edək”.

Putinin sözlərinə görə, bu barədə Avrasiya İttifaqı üzvləri ilə məsləhətləşmə aparılacaq. O, bildirib ki, MDB dövlət başçıları ilə iemək masası arxasında cari məsələləri birgə müzakirəsi faydalı olar.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə başa çatmış Rusiyaya rəsmi səfəri zamanı Putin bir daha bu dəvəti xatırladaq Prezidentlə görüşəcəyinə ümid etdiyini demişdi.

Dövlət başçısı Peterburqda qeyri-rəsmi görüşdə Ermənistanın Baş naziri Paşinyan ilə görüşəcəyi də istisna olunmur. Putin tərəflərin bir araya gəlməsi üçün bu müzakirələrdə ev sahibi kimi vasitəçilik edə bilər.

Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə Rusiya, Belarus, Qırğızstan, Ermənistan və Qazaxstan tərəfindən təsis olunub.  Əsas məqsədi keçmiş SSRİ məkqanında iqtisadi əməkdaşlığı təşviq etmək və postsovet ölkələri ilə birgə ticarət münasibətlərini və vahid gömrük sistemini formalaşdırmaqdır.

2018-ci ilin dekabrında keçirilmiş qeyri-rəsmi sammitdə Avrasiya İttifaqı qarşısında duran əsas vəzifələr müzakirəyə çıxarılıb.  O zaman Qazaxstan Prezidenti Nazarbayev bildirmişdi ki, 2025-ci ilə qədər qarşılıqlı ticarətdə mövcud əngəlləri aradan qaldırmaq lazımdır. “Bu, bizim təşkilatın tam fəaliyyət göstərməsi üçün mühüm şərtdir”-deyə vurğulamışdı.    

2018-ci il sammitində yalnız neft və qazla bağlı ümumi bazarın formalaşdırmaq üçün proqram təsdiq olunub. Lakin eyni zamanda Birlik ölkələri üçün qazın tranzit qiymətini müəyyən edilməsi mümkün olmayıb.

Azərbaycan Avrasiya İttifaqının üzvü deyil. Rusiya tərəfindən Birliyə və vahid Gömrük İttifaqına üzvlük üçün bir neçə dəfə dəvət alsa da Bakı quruma qoşulmaqdan imtina edib.

Azpost.info