İlham Əliyevin kritik dönəmə adekvat cavabı

07 May 2020 - 12:03

Prezident-vətəndaş münasibəti ölkələrin siyası-iqtisadi formasiyasına görə formalaşır. İnkişaf, demokratiya və sivillik göstəriciləri isə bu münasibətlərdə katalizator rolunu oynayır. Həmçinin prezidentin müsbət və yaxud mənfi fəailiyyət aktivliyi vətəndaşın özünü ölkə üçün lazımlılıq əmsalını müəyyən etməyə kömək edir.

Yəni prezidentin fəallığı vətəndaşın fəallığı ilə düz mütənasibdir. Siyasi və iqtisadi baxımdan stabil cəmiyyət formalaşdıran  prezidentin vətəndaşı aktiv görsənməyə bilər. Amma özünün gərəklilik əmsalının sıfırın altında olduğunu düşünə bilməz. Çünki sabitliyin özü də müsbət yöndə hərəkət deməkdir. Hərəkətli vətəndaşın gərəklilik əmsalı isə həmişə yüksək olur. Siyasi sistemə müxalif qüvvələrin ən çox istifadə etdikləri üsul sabitlik yaradan siyasi iqtidarı fəailiyyətsizlikdə ittiham etməkdir. Bu baxımdan müxalifət  Azərbaycanda bu üsuldan istifadə etməklə vətəndaşdan divident əldə etməyə çalışıb.  Ona görə də çalışıblar ki, prezident İlham Əliyevin vətəndaşa “ətalət”li siyasətçi kimi təqdim etsinlər.

Gənc kadrlar komanda ola bildi…

Siyasi hakimiyyət 2018-2019-cu illərdə kadr islahatları həyata keçirəndə bəziləri bunu dekorativ xarakterli aksiya olduğunu dedi. Gənc kadırların irəli çəkilməsi “Uşaqlığın son gecəsi” filmində mərhum aktyorumuz Məlik Dadaşov demişkən “göndərilən kadrlar işə yaramır”  kimi ifadəylə qarşılandı. Prinsipcə komanda olmaq kimi vərdişə sahib olmayan bir toplum üçün deyilən bu sözlər heç də  qəribə gəlmədi. Çünki illərdir formalaşmış bürokrat məmur obrazı cəmiyyətin baş bəlasına çevrilmişdi. Mövqe, mal-pul uğrunda gedən məmur savaşı fonunda  komanda kimi fəaliyyət göstərə bilməməyin nəticəsi isə həmişə vətəndaşın  başında çatlayıb. Necəki çatlayırdı.

 Yola salmaq…

Çətin oldu. Ciddi müqavimət, dövləti gözdən salma kampaniyaları, təxribat kimi çirkin üsullardan istifadə, mətbuatın söyüş dilində danışması biabırçılığın pik həddini müəyyən etdi. Yeganə çıxış yolu isə çevrilmiş bu bəlanı kəsib atmaq idi. Və prezident İlham Əliyev müqavimətlərə baxmayaraq bu addımı atdı. Çünki müasir dünyada baş verən ciddi siyasi-iqtisadi kataklizmalar yeni kadırlar və idarəetmə üsulu tələb edirdi. Bu baxımdan prezidentin vaxtında  radikal kadr islahatlarına rəvac verməsi Azərbaycanı gələcəkdə qarşılaşacağı təhlükədən xilas etdi. Və Koronavirus pandemiyası göstərdi ki, prezidentin 1 il bundan əvvəl atdığı addımlar sanki bu günkü çətin günlərə hesablanmışdı.

Kadrlardan çox şey asılıdır

Stalin deyirdi hər şeyi kadrlar həll edir. Doğurdan da bu çətin günlərdən üzü ağ çıxmağın əsas səbəblərindən biri və birincisi kimi prezident İlham Əliyevin qətiyyətli addımlarını qeyd etməklə, ortaya qoyduğu iradəni komanda şəklində səhvsiz icra edən gənc kadrları da göstərmək olar. Koronavirus pandemiyası Azərbaycan  iqtidarının komanda şəklində fəailiyyət göstərərək gələn bəlaya adekvakt addımlar atdığını ön plana çıxartdı. Və bu addımlarda əsas prioritetin vətəndaşın sağlamlığının qorunmasına yönəldiyi bəlli oldu.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər  həyata keçirdi.
Onu da qeyd edək ki, hələ pandemiyaya qədər Azərbaycanda bütün sferalarını əhatə edən islahatlar anons edilmiş və qısa zamanda reallaşmışdı.

Prezident İlham Əliyevin tələbi ilə “kölgə iqtisadiyyatı” ilə mübarizədə ciddi tədbirlər görülməyə başlanıldı. Bu tədbirlər dövlət orqanlarının fəaliyyətində şəffaflığı və informasiya texnologiyalarının tətbiqini təmin edib. Həmçinin əhaliyə xidmət üzrə Mərkəzi Elektron İnformasiya Sistemi yaradıldı.

Bundan əlavə, hazırda dünyada pandemiyadan müdafiə vasitələri çatışmadığı halda, Azərbaycan öz əhalisini müstəqil şəkildə bu vasitələrlə təmin eləmək üçün ciddi addımlar atdı. Prezident İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban Əliyeva Sumqayıt Kimya Sənayesi Parkında Bakı Toxuculuq Fabriki MMC-nn nəzdində tibbi maskalar istehsal edən müəssisənin açılışında iştirak etdilər. Ölkədə həmçinin virusun müntəzəm diaqnostikası üçün Heydər Əliyev Fondunun dəstəyi ilə və 1-ci Vitse-prezident Mehriban Əliyevanın idarəçiliyi altında 18 müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyaların hamısı müasir avadanlıqlar və zəruri ləvazimatlarla təmin olunub. Bundan başqa, İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Yeni klinika”nın açılışını etdilər. Koronavirusa yoluxanlar üçün nəzərdə tutulan klinika 575 çarpayılıqdır və zəruri müasir avadanlıqlarla təchiz edilib.

Bu baxımdan ürəklə demək mümkündür ki, Azərbaycan prezidentinin və komandasının qətiyyətli addımları pandemiya dönəmində ölkəmizi dünyada bu virusla aparılan mücadilədə nümunəvi imic formalaşmasına imkan yaratdı. Ən əsası isə vətəndaşlarımızın sağlamlığı və sosial vəziyyəti dövlət tərəfindən ciddi şəkildə qorundu. Avropada vətəndaşların ərzaq və tibbi ləvazimatlar üstündə apardığı biabırçı mübarizəsini, morqlarda aşıb-daşan  meyit kadırlarını çox şükür ki, Azərbaycanda görmədik.

Çaşqın Avropa liderləri…

Kritik dönəmlərdə ətalətli siyasətçinin və yaxud dövlət başçısının fəailiyyəti çaşqınlıq xarakterli olur. Necə ki, koronavirus (COVİD-19) pandemiyası ilə qəflət qarşılaşan Avropa liderləri kimi. Avropa liderləri son 10 ildir məhs ətalətli siyasət yürütdüklərindən bu cür kritik məqamda Avropa Birliyində yaşadıqlarını belə yaddan çıxartdılar. Hər bir dövlət rəhbəri “hər kəs təklikdə ölmək” prinsipinə üstünlük verdi. Dövlətlər başlı-başını saxlasın deyərək sərhədlərini bağladı. Brüsselin pandemiya ilə mübarizəni bir mərkəzdən kordinasiya etməsi mexanizmi yaddan çıxdı. Yəni ümumi bəla problemi qarşısında avropa həmrəyliyi iflasa uğradı. İlk olaraq İtaliyanın səhiyyə sistemi çökdü. 10 minlərlə xəstə insan allahın ümüdinə buraxıldı. Və heç bir Avropa dövləti nəyin ki, real yardım etmədi, heç mənəvi dəstək belə göstərmədi. Sanki bu dövlətlər koronavirusa qədər bir birlik altında yaşamırdılar. Koronavirusa olan reaksiya göstərdi ki, Avropa Birliyi fikri heç bir avropalının beynində yoxdur. Çünki söhbət konkret təhlükəyə və əmələ gələndə bu birlik öz mövcudluğunu unutdu.

 Elvin Abbasov

İT mütəxəssisi