İlham Əliyev Meksikanın Prezidentini təbrik edib

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu –

Sonrakı məqalə

Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb –