İlham Əliyev “İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edib –SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. 2024-cü il 26 iyul tarixində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Əvvəlki məqalə

Robot-polis silahlı cinayətkarı belə yaxaladı –

Sonrakı məqalə

Xəzər dənizinə atılmış yüzlərlə şübhəli bağlama tapıldı –