İlham Mirzəliyev:

"Bu istilik mövsümündə 600-dək qazanxana istismar ediləcək"
14 Noyabr 2019 - 18:02

Noyabrın 15-dən ölkədə istilik mövsümünün başlanmasına start verilir. Respublikanın dağ rayonlarında isə artıq noyabrın 1-dən istilik sistemi fəaliyyətə başlayıb.

Bu barədə noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyev bildirib ki, bu mövsümdə 600-dək qazanxana istismar ediləcək, 3850 yaşayış binası, 290 məktəb, 190 min mənzil, 150 uşaq bağçası, 160 səhiyyə obyekti və 1600-dək digər sosial obyekt istiliklə təmin olunacaq. Sistem tam olaraq qış mövsümünə hazırdır. ASC hazırda gücləndirilmiş iş rejimində çalışır(azərtac).