İlham Rəhimov Bakıda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

Oktyabrın 25-də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elimləri doktoru, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın Əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva ilə onun təşəbbüsü ilə öz ofisində görüşüb.

Görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının hüquqşünas alimləri arasında əlaqələr, iki ölkənin hüquq elminin hazırkı vəziyyəti və əlaqələrin gələcək inkişaf perespektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Professor İlham Rəhimov və xanım Taliya Xabriyeva görüşdə, eyni zamanda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının dekabr ayında Moskvada keçiriləcək növbəti konfransının gündəliyi ilə bağlı təkliflərini səsləndiriblər.

Xanım Xabriyeva rəhbərlik etdiyi Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun həyata keçirdiyi layihələrdə professor İlham Rəhimovun böyük təcrübəsindən yararlanmağın perespektivləri barədə fikirlərini bölüşüb.

Görüşün sonunda hər iki alim hüquq elmi sahəsində ölkələrimiz arasındakı mövcud tarixi əlaqələrin davam etdirilməsinin xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə birgə səy göctərəcəklərini qeyd ediblər.(ilkxeber.org)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Həsənov Vəzirova məktub yazmasına və digər ittihamlara cavab verib

Sonrakı məqalə

Baş Prokurorluq ictimai rezonans doğurmuş ölüm işi ilə bağlı rəsmi məlumat yaydı