İlin sonuna qədər COVID-19-u aradan qaldırmaq mümkün olmayacaq –

ÜST
20 Mart 2021 - 08:40

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda COVID-19 xəstəliyində qlobal azalma müşahidə etmir, əksinə yoluxma sayının çoxaldığını qeyd edir”.

Bunu ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vujnoviç RİA Novosti-yə açıqlamasında bildirib.

ÜST rəsmisi qeyd edib ki, hazırkı vəziyyətə diqqət edilsə, görərik ki, xəstəliyin azalması ilə bağlı qlobal bir eniş müşahidə edilmir: “Belə getsə,  ilin sonuna qədər COVID-19-u aradan qaldırmaq mümkün olmayacaq”.