İlk köç karvanı Xankəndi şəhərinə çatıb. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb: Bakı şəhərindən – 15 ailə (63 nəfər) Ağcabədi rayonundan – 4 ailə (18 nəfər) Bərdə rayonundan – 4 ailə (17 nəfər) Abşeron rayonundan – 3 ailə (16 nəfər) Goranboy rayonundan – 3 ailə (14 nəfər) Ağdam rayonundan – 2 ailə (11 nəfər) Sumqayıt şəhərindən – 2 ailə (7 nəfər) Gəncə şəhərindən – 1 ailə (6 nəfər) Şəmkir rayonundan – 1 ailə (5 nəfər) Tərtər rayonundan – 1 ailə (5 nəfər) Beləliklə, 21.01.2026-cı il tarixində həyata keçirilən köç də daxil olmaqla, indiyədək 1 şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 6 633 ailə (26 513 nəfər) məskunlaşdırılıb.

AzPost.az