İlqar Məmmədov koronavirusa yoluxub –Müsahibə verdiyi jurnalist COVİD xəstəsi imiş

REAL partiyasının sədri İlqar Məmmədov COVİD-19-a yoluxub.
Azpost.info bildirir ki, bu barədə siyasətçi məlumat verib.
Onun sözlərinə görə, virus ona müsahibə verdiyi jurnalistdən keçib: “Yanvarın 20-də bir jurnalistə müsahibə vermişdim. İki gün sonra zəng etdi ki, xəstəxanaya gedir, COVİD tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub bir gözləmək qərarı verdim, düz də elədim – dünən qızdırma oldu 38.9 və s.”
İ.Məmmədov ailəliklə virusa yoluxduqlarını deyib: “Bunlar hamısı olan şeydir. Başa düşülməyən başqa məsələ var. Biz indi bütün ailə bir həftə mənzildə oturmalıyıqsa, bizə qidanı, dərmanı kim alacaq, zibili kim atacaq? Düzdür, bu şəxsən bizə aid sual deyil, çünki kömək edəcək yaxınlarımız var. Kiminsə xahiş edəcəyi yaxını yoxdursa, o nə eləsin?
Uyğun dövlət sosial xidmətləri qurmadan xalqla qadağalar tonunda danışmaq – bu necə də YAP hakimiyyətinə xas siyasətdir”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Baydenin Ukraynaya qoşun göndərməyə nə marağı, nə də arzusu var” –

Sonrakı məqalə

Sağ olan pensiyaçı qadını ölü kimi qeydiyyata aldılar, pensiyasını kəsdilər –