İlyas İsmayılovun vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır. Klinikadan o da bildirilib ki, İlyas İsmayılovun reanimasiya şöbəsində müalicəsi davam edir. Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.