İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

12 Oktyabr 2020 - 10:51

Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

O qeyd edib ki, ilkin nəticələrə görə İ. Rahmon səslərin 90,92%-ni toplayıb.

Tacikistan Prezidentinin rəqibləri Miroc Abdulloyev, Rüstəm Lətifzoda, Rüstəm Rahmatzoda və Əbdüxəlim Qafforzoda olub.

Xatırladaq ki, İ. Rahmon 1992-ci ildən Tacikistan Respublikasının Prezidentidir.